Qulaq çöpündən istifadə etməyin – Həkim xəbərdarlıq etdi

30-07-2025, 12:42 208 dəfə baxılıb

 

Həkim Toni Farmer qulaq təmizliyində pambıq çubuqlardan istifadənin təhlükəli nəticələrə səbəb ola biləcəyini bildirib.

 Yenisirvanli.İnfo.Az xəbər verir ki, O, “Infobae” nəşrinə açıqlamasında deyib ki, pambıq çubuqlardan istifadə zamanı qulaq kiri qulaq kanalının daha dərin hissəsinə doğru itələnir. Bu isə qulaq yolunun tutulmasına, ağrılara və hətta burun pərdəsinin (baraban pərdəsi) cırılmasına gətirib çıxara bilər.

Başqa həkim Brüs Stüart əlavə edib ki, qulaq kiri orqanizmin təbii müdafiə vasitəsidir. Onun sözlərinə görə, qulaq yolunu tez-tez təmizləmək dərinin qurumasına, qıcıqlanmaya və ekzema yaranmasına səbəb ola bilər. O, pambıq çubuqlardan imtina etməyi və yalnız qulağın xarici hissəsini təmizləmək üçün nəm salfetlərdən istifadə etməyi tövsiyə edib.



Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031