Sağlamlıq üçün içdiyiniz su beyninizi məhv edə bilər - Alimlərdən xəbərdarlıq

19-07-2025, 10:30 595 dəfə baxılıb

Çirklənmiş içməli su beyinə ciddi ziyan vurur.

Çin alimləri belə nəticəyə gəliblər.

Onlar bildirirlər ki, per- və polifluoroalkil maddələrin (PFAS) aşağı səviyyələrinə belə uzun müddət məruz qalmaq beyin funksiyasını poza, neyronlara zərər verə bilər.

"Journal of Hazardous Materials" jurnalında dərc olunan tədqiqata görə, nəticədə yaddaş və davranış pozğunluqları meydana gələ bilər.

Bu məlumatlar, geniş yayılmış PFAS-ın içməli suda və ətraf mühitdə artıq aşkar edilmiş səviyyələrinin belə sağlamlıq riski yaratdığına dair narahatlıqları gücləndirir.

PFAS çox sayda istehlak məhsulunda istifadə olunur və torpaqda, suda və canlı orqanizmlərdə toplanır. İnsanlar PFAS-a içməli su, toz, qida, məişət kimyəvi maddələri və hətta kosmetika vasitəsilə məruz qala bilərlər.



Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031