Diş ağrısından əziyyət çəkənlərin NƏZƏRİNƏ

30-06-2025, 15:09 84 dəfə baxılıb

 

Diş ağrısı qəfil və şiddətli olduqda, ilk addım dərman qəbul etmək və ya həkimə qaçmaq olur. Amma bəzən bu, mümkün olmur.


Yenisirvanli.İnfo.Az xəbər verir ki, belə hallarda evdə tətbiq edə biləcəyiniz bəzi sadə üsullar ağrını azalda və sizi rahatlaşdıra bilər.

Duzlu su ilə qarqara

1 stəkan ilıq suya 1 çay qaşığı duz əlavə edin və ağız boşluğunu yuyun. Bu üsul iltihabı azaldır, mikrobları təmizləyir və ağrını bir qədər yüngülləşdirir.

Sarımsaq pastası

Sarımsaq təbii antibiotik sayılır. Bir diş sarımsağı əzib birbaşa ağrıyan dişin üzərinə qoymaq, infeksiyanın qarşısını almağa və ağrını azaltmağa kömək edir.

Mixək yağı

Mixək yağı ənənəvi və təsirli ağrıkəsici kimi tanınır. Bir damcı yağı pambığa damızdırıb ağrıyan dişin üzərinə qoyun – qısa müddət ərzində təsirini hiss edəcəksiniz.

Buz kompresi

Ağrıyan hissənin üzərinə (dəriyə deyil, dəsmal vasitəsilə) buz qoymaq sinirləri müvəqqəti olaraq keyidir və şişkinliyi azaldır.

Qeyd edək ki, bu üsullar yalnız müvəqqəti rahatlıq üçündür. Diş ağrısı ciddi diş və ya diş əti problemlərinin əlaməti ola bilər. Vaxt itirmədən stomatoloqa müraciət etmək mütləqdir!/Bizim.Media



Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031