Azərbaycanda 1 yaşadək uşaqlar ən çox bu səbəblərdən ölür

27-06-2025, 10:42 8 dəfə baxılıb

 

Azərbaycanda bir yaşadək uşaqlar arasında ölüm halları azalıb.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, Doktorm.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, 2024-cü ildə 1420 körpə həyatını itirib.

Belə ki, 2023-cü ildə bu rəqəm 2039 olub. Ötən il körpələr ən çox (735 körpə) perinatal dövrdə meydana çıxan bəzi hallardan vəfat ediblər.

2024-cü ildə 178 körpə tənəffüs sistemi xəstəliklərindən, 101 uşaq anadangəlmə anomaliyalardan (inkişaf qüsurları) deformasiyalar və xromosom pozğunluqlarından, 47 uşaq bəzi infeksion və parazitar xəstəliklərdən, 12 uşaq isə travmalar, zəhərlənmələr və digər xarici səbəblərdən dünyasını dəyişib. 


Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031