“815” Çağrı Mərkəzinə may ayı ərzində 13 mindən çox zəng daxil olub

24-06-2025, 10:11 163 dəfə baxılıb

 

2025-ci ilin may ayı ərzində TƏBİB-in “815” Çağrı Mərkəzinə ümumilikdə 13 040 zəng daxil olub. Müraciətlərdən 12 785 zəng müvafiq olaraq dərhal cavablandırılıb, 255 müraciət isə Çağrı xidməti şöbəsi tərəfindən araşdırılması üçün qəbul edilib.

 Yenisirvanli.İnfo.Az xəbər verir ki, 101 müraciətlə bağlı vətəndaşlara müvafiq izahatlar verilib, 99 müraciətlə bağlı məsələ həll edilib, 18 müraciət elektron sənəd dövriyyəsi üzərindən rəsmiləşdirilərək aidiyyəti üzrə yönləndirilib. 37 müraciətlə bağlı isə hazırda araşdırma prosesi davam etdirilir.

Daxil olan müraciətlərin mövzusu, əsasən, müayinə və müalicənin təşkili, əlillik məsələləri, dərman təminatı, tibbi heyət və tibbi xidmətdən şikayət, kadr məsələləri, tibbi arayış və sənədlərin verilməsi ilə bağlı olub.

Qeyd edək ki, TƏBİB-in “815” Çağrı Mərkəzi 2022-ci ilin dekabr ayında fəaliyyətə başlayıb. Mərkəzin yaradılmasında əsas məqsəd daxil olan müraciətlərin çevik cavablandırılması, aidiyyəti üzrə yönləndirilməsi və ən əsası, vətəndaş məmnunluğunun təmin edilməsidir.

Vətəndaşlar TƏBİB-in Çağrı Mərkəzi ilə əlaqə saxlamaqla yanaşı, yazılı müraciətləri birbaşa quruma təqdim edə, qurumun rəsmi internet səhifəsi (https://tabib.gov.az/vetendashlar-ucun/elektron-muraciet), eləcə də info@tabib.gov.az elektron poçt ünvanı üzərindən onlayn şəkildə müraciətlərini ünvanlaya bilərlər.



 Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031