100 qadından 14-ü RİSK ALTINDA – Spirtli içki süd vəzi xərçəngi YARADIR?

16-06-2025, 11:04 172 dəfə baxılıb

 


Son günlər ayrı-ayrı mütəxəssislər tərəfindən qadınlarda süd vəzi xərçənginin yaranmasının spirtli içkilərlə əlaqəli olduğu haqda açıqlamalar yayılır. Müxtəlif mənbələrdə qeyd olunur ki, həftədə cəmi 10 spirtli içki istehlak edən 100 qadından 14-ü həyatının bir dövründə döş xərçəngi ilə üzləşir.

Bəs ekspertlərimiz bu məsələ ilə bağlı nə düşünür?

 Yenisirvanli.İnfo.Az xəbər verir ki, Tibb sahəsi üzrə ekspert Rasif Bağırov Bizim.Media-ya verdiyi açıqlamada bu fikirlə razılaşmadığını açıqlayıb. O, xərçəng xəstəliyinin yaranma səbəblərinin hələ də tam məlum olmadığını vurğulayıb:

“Söhbət ondan gedir ki, əgər bu xəstəlik müalicə olunmursa, səbəbləri çox vaxt insanlara məlum deyil. Bəzən deyilir ki, bu xəstəlik spirtli içkidən, siqaretdən və digər vərdişlərdən yaranır. Birincisi, spirtli içki toksiki maddələrə çevrilir və müxtəlif xəstəliklər yarada bilər. Ancaq, xərçəng xəstəliyini yaradan konkret səbəblər ilə bağlı ehtimallar yoxdur.

Doğrudur, spirt xərçəng riskini artırma potensialına malikdir. Ancaq süd vəzi xərçəngi məsələsinin niyə bu qədər müzakirə olunduğu maraqlıdır. Fikrimcə, bu səbəblər əsassızdır,” – deyə ekspert qeyd edib.


 Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031