Yumurta kartonlarını təkrar istifadə etməyin - sağlamlığınız risk altındadır!

2-06-2025, 12:32 208 dəfə baxılıb

 

Bəzi insanlar ətraf mühitə töhfə vermək və israfın qarşısını almaq məqsədilə yumurta kartonlarını yenidən istifadə edirlər. Lakin mütəxəssislər bu vərdişin ciddi sağlamlıq riskləri daşıdığını bildirirlər.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, Berlin İstehlak Mərkəzinin mütəxəssisləri karton yumurta qablarının təkrar istifadəsinin təhlükəli olduğunu açıqlayıblar. Onların sözlərinə görə, bu qabların əsas problemi - kartondan hazırlanması və təmizlənməsinin mümkünsüzlüyüdür. Bu səbəbdən bakteriyalar və mikroorqanizmlər, xüsusilə də ishala səbəb olan salmonella, bu qabların səthində asanlıqla çoxala bilər.

Bəzən yumurtaların qabığında olan çirklər - xüsusilə nəcis qalıqları - karton səthə yapışır və bu, qutunun içindəki növbəti yumurtalara da keçə bilər. Bu cür yoluxmalar ev şəraitində hazırlanan yeməklər üçün təhlükə yaradır.

Nə etməli?

Mütəxəssislər yumurta qutularını yalnız bir dəfə istifadə etməyi və daha sonra atmağı tövsiyə edirlər. Bundan əlavə, yumurta ilə təmasdan sonra əllərin mütləq sabunla yuyulması vacibdir. Bu sadə gigiyenik qayda salmonella kimi bakteriyaların mətbəx səthlərinə və yeməyə yayılmasının qarşısını almağa kömək edir.

Unutmayın: Sağlamlığınızı qorumaq üçün təkrar istifadəyə yararlı görünən əşyalar belə, bəzən təhlükə mənbəyi ola bilər./milli.az


Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031