DİQQƏT: Köhnə dəmli çay xərçəng yaradır

29-05-2025, 10:41 259 dəfə baxılıb

 

Səhər açılar-açılmaz mətbəxə keçib çaydanı işə salmaq azərbaycanlıların adətidir. Amma çoxları bilmədən səhv edir: əvvəlki günün dəmli çayını ocağa qoyub yenidən qızdırır, bir stəkan da ondan içir. Halbuki bu görünməz təhlükə mənbəyidir.

Yenisirvanli.İnfo.Az xəbər verir ki,  mütəxəssislər xəbərdarlıq edirlər.

Çay dəmləndikdən sonra 30-45 dəqiqə ərzində içilməzsə, həm dadını itirir, həm də tərkibindəki faydalı maddələr oksidləşməyə başlayır. Oksidləşmə dediyin isə zərərli maddələrin yaranmasına zəmin yaradır. Ən qorxulusu - nitritlər. Bu toksik maddələr immun sistemi zəiflədir, mədə-bağırsaq problemləri yaradır, uzun müddət davam edərsə, xroniki xəstəliklərin də səbəbi ola bilər.

Yay aylarında isə məsələ daha da ciddiləşir. Açıqda qalan çay bakteriyaların sevimli məkanına çevrilir. İçirsən - bilmədən öz bədəninə zərər verirsən.

Qənaət üçün edilən bu sadə görünən vərdiş uzun müddətdə sağlamlığa baha başa gələ bilər. Odur ki, mütəxəssislər deyirlər: təzə dəm çay içmək həm dadlıdır, həm faydalı. Gecədən qalan çaya ümid bağlamaqdansa, hər dəfə az miqdarda, amma təzə dəm hazırlamaq daha doğru seçimdir./milli.az


Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031