Günəş ləkələrindən qorunmanın qaydaları

23-05-2025, 10:45 270 dəfə baxılıb

 

Günəş ləkələri əsasən yaz və yay aylarında günəşin UV şüalarına uzun müddət məruz qalmaqla yaranan, dəri üzərində qəhvəyi rəngli piqmentasiya növləridir.

 

Yenisirvanli.İnfo.Az xəbər verir ki, qoruyucu krem istifadə etmədən günəşə çıxmaq dəridə qalıcı ləkələrə səbəb olur. Ləkələrin qarşısını almaq üçün günəşə çıxmazdan əvvəl mütləq günəşdən qoruyucu vasitələrdən istifadə edilməlidir.

 

Mövcud ləkələrin müalicəsində isə müntəzəm dəri baxımı və lazım gəldikdə lazer və kimyəvi pilinq kimi müalicə üsullarına müraciət etmək lazımdır. Günəş ləkələri xüsusilə açıq dərili insanlarda, hormon dəyişiklikləri olanlarda və uzun müddət günəş altında qalanlarda daha çox müşahidə edilir.

 

Qış aylarında da UVA şüaları aktiv olduğundan, günəşdən qoruyucu krem istifadə etmək vacibdir. Günəş ləkələri adətən təhlükəli olmasa da, ləkələrdə ani rəng dəyişimi, qanama və ölçü artımı müşahidə olunarsa, mütləq dermatoloqa müraciət edilməlidir.


Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031