ŞAD XƏBƏR: 3 növ xərçəngin ÇARƏSİ TAPILDI

21-05-2025, 10:50 208 dəfə baxılıb

 

Çin alimləri KRAS-G12C mutasiyası ilə qeyri-kiçik hüceyrəli ağciyər xərçəngi, kolorektal xərçəng və mədəaltı vəzi şişlərinin müalicəsi üçün yeni dərman D3S-001-in klinik sınaqlarının birinci mərhələsini uğurla başa vurublar.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu barədə "South China Morning Post"(SCMP) məlumat yayıb.

D3S-001, əvvəllər müalicəsi çətin hesab edilən mutant KRAS-G12C zülalını bloklayan yeni nəsil inhibitordur.

Professor Herbert Lunqun sözlərinə görə, preparat mutasiya aktivliyini mövcud analoqlardan daha uzun müddət yatırır.

Sınaqlar zamanı dərman 62 xəstə üzərində sınaqdan keçirilib. Əvvəllər anti-KRAS dərman qəbul etməmiş 42 xəstədə şişlərin 70%-i kiçilib və ya yoxa çıxıb, 97%-də isə xəstəliyin irəliləməsi dayanıb.

Qeyd edilib ki, öncə digər KRAS inhibitorları ilə müalicə olunan xəstələrdə effektivlik aşağı olub.

Alimlər indi sınaqların ikinci - daha böyük mərhələsinə hazırlaşırlar. Tədqiqatçılar hesab edirlər ki, D3S-001 KRAS-müsbət şişlər üçün mövcud müalicələrə perspektivli alternativ ola bilər./ publika


Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031