Tibbdə inqilab: Süni intellekt xəstələri diaqnoz qoyur və müalicə edir

17-05-2025, 10:10 77 dəfə baxılıb

 

Çinin tibbi texnologiyalar sahəsində ixtisaslaşmış “Synyi AI” şirkəti, Səudiyyə Ərəbistanının Əl-Əhsa bölgəsində dünyada ilk dəfə süni intellektlə işləyən klinikanı istifadəyə verib.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu pilot layihə “Almoosa Health Group” ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir.

Yeni klinikada pasiyentlər “Dr. Hua” adlı süni intellekt həkimi ilə planşet vasitəsilə əlaqə qururlar. Onlar simptomlarını izah edir, daha sonra AI əlavə suallar verir və rentgen, EKQ kimi tibbi görüntüləri analiz edərək müstəqil diaqnoz və müalicə planı təqdim edir.

AI tərəfindən hazırlanmış müalicə planı insan həkimi tərəfindən yoxlanılır və təsdiqlənir, lakin pasiyentlə birbaşa təmas olmur. İnsan həkimlər yalnız təcili və mürəkkəb hallar üçün klinikada mövcud olurlar.


 Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031