Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ: May ayının bu günlərində... - TARİXLƏR

4-05-2025, 17:37 85 dəfə baxılıb

 

May ayında Günəş fəallığının artması səbəbindən Yer kürəsində bir neçə maqnit qasırğası qeydə alınacaq.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, Proqnozlara əsasən, bu hadisələr mayın müxtəlif günlərində müxtəlif şiddət səviyyələrində baş verəcək və xüsusilə həssas insanlar üçün sağlamlıqla bağlı bəzi narahatlıqlar doğura bilər.

Məlumata görə, bu ay ərzində aşağıdakı günlərdə maqnit qasırğaları gözlənilir:

4-5 may – orta səviyyəli maqnit aktivliyi (G1-G2 səviyyəsində)

11 may – aşağı səviyyəli dalğalanmalar

16-18 may – güclü maqnit qasırğası (G3 səviyyəsində)

23 may – yenidən orta güclü aktivlik

28-29 may – zəif maqnit dəyişiklikləri

G3 səviyyəsində maqnit qasırğaları bəzi bölgələrdə texnoloji sistemlərə və rabitəyə təsir göstərə, həmçinin ürək-damar xəstəliklərindən əziyyət çəkən insanlarda baş ağrısı, halsızlıq və yuxusuzluq kimi əlamətlərə səbəb ola bilər.

Kimlər ehtiyatlı olmalıdır?

Ürək-damar və təzyiq problemləri olanlar.

Xroniki baş ağrısı və miqren şikayətləri yaşayanlar.

Uşaqlar, yaşlı insanlar və hamilə qadınlar.

Sinir sistemi həssas olan şəxslər.

Tövsiyələr:

Bol su qəbul edin və düzgün qidalanmaya diqqət yetirin.

Fiziki və psixoloji yüklənmədən mümkün qədər uzaq durun.

Açıq havada gəzməyə çalışın, amma Günəş şüalarından qorunun.

Elektron cihazlardan istifadəyə fasilələr verin.

Lazım gələrsə, həkimlə məsləhətləşin./Musavat.com






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031