Çılpaq yatmağın sağlamlığa faydaları - Alimlər tövsiyə edir

Bu gün, 12:43 147 dəfə baxılıb

 

Çıpaq yatmaq təkcə rahatlıq üçün deyil, həm də sağlamlığın qorunmasında mühüm rol oynayır.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu barədə yuxu təbabəti üzrə mütəxəssis Dr. David Rosen bildirib.

Mütəxəssislərin fikrincə pijamadan imtina etmək yuxu keyfiyyətindən immunitet sisteminin güclənməsinə, reproduktiv sağlamlıqdan münasibətlərdəki emosional bağın artmasına qədər bir sıra müsbət təsirlər yaradır. Dr. Rosen qeyd edir ki, bədənin sərin qalması dərin və bərpaedici yuxu üçün vacibdir. Gecə bədən istiliyi artarsa, melatonin kimi vacib yuxu hormonlarının istehsalı pozula bilər, bu da yuxunun keyfiyyətinə mənfi təsir edir.

İsti yorğan altında yatmağı sevənlər üçün çılpaq yatmaq artıq istiliyi tənzimləmək üçün effektiv üsul sayılır. Bundan başqa, qadınlarda qaratoyuq (vaginal maya) infeksiyası riskini azaltmağa kömək edir. Dr. Rosenin hesabatına görə, isti və rütubətli mühitlər göbələk infeksiyalarının yaranması üçün əlverişli şərait yaradır. Şəxsi bölgələrin təmiz və havalandırılan saxlanması infeksiya riskinin azalmasına səbəb olur.

Kişilər üçün də çılpaq yatmaq faydalıdır. Tədqiqatlar göstərir ki, dar alt paltarları skrotumun istiliyini artıraraq sperma keyfiyyətini aşağı sala bilər. Sərin skrotum mühiti isə sperma hərəkətliliyini və məhsuldarlığı artırır.

Çılpaq yatmağın emosional faydaları da var. Partnyorlar arasında dəri təması oksitosin - "sevgi hormonu"nun ifrazını artırır, stressi azaldır və bağlılıq hissini gücləndirir. 2024-cü ildə 20 min insan arasında aparılan qlobal sorğunun nəticələrinə əsasən, britaniyalıların 20 faizi çılpaq yatmağa üstünlük verir. Kişilər arasında bu göstərici 22 faizdən yüksək olsa da, qadınların əksəriyyəti hələ də pijamadan imtina etməyib. Maraqlıdır ki, çılpaq yatmaq vərdişi 50 yaşdan yuxarı şəxslər arasında daha geniş yayılıb./milli.az



Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930