Azyaşlılar arasında təhlükə: "Ölümlə nəticələnən xəstəlikdir"

19-04-2025, 18:47 264 dəfə baxılıb

 

Son günlər azyaşlılar arasında kəskin respirator virus infeksiyalarının və rotavirusun yayılması müşahidə olunur. Xəstəliyin əsas əlamətləri arasında hərarətin 39 dərəcəyə qədər yüksəlməsi, burun axması, boğaz ağrısı, öskürək, ishal və ümumi halsızlıq yer alır.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, valideynlərin sözlərinə görə, xəstəlik xüsusilə məktəblilər və bağça uşaqları arasında yayılıb.

"Qızdırması 39 dərəcəyə qalxmışdı, bir həftə məktəbə göndərmədim. Rotavirus olduğu məlum oldu. Ətrafda da çox uşaq xəstələnib", - deyə valideynlərdən biri bildirib.

Həkimlərin xəbərdarlığına görə, xüsusilə 2 yaşından kiçik uşaqlarda dehidratasiya (bədəndə maye itkisi) sürətlə inkişaf edir. Bu isə ağızda quruluq, sidiyin azalması, dodaqlarda çatlar kimi əlamətlərlə müşayiət olunur və vaxtında müdaxilə edilmədikdə ağır fəsadlara, hətta ölümlə nəticələnə biləcək hallara səbəb ola bilər.

Mütəxəssislər uşaqları viruslardan qorumağın yollarını açıqlayıblar.

Ətraflı Baku TV-nin süjetində:






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031