Bu qida bağırsaq xərçəngi yaradır - Uzaq durun

19-04-2025, 11:46 111 dəfə baxılıb

 

Gənclər arasında kolon xərçəngi hallarında ciddi artım olsa da, mütəxəssislər işlənmiş ət istehlakının əsas risk faktoru olduğunu vurğulayırlar.

Yenisirvanli.İnfo.Az Milli.Az-a istinadən  xəbər verir ki, sağlamlıq mütəxəssisləri emal edilmiş ətin kolon xərçənginə səbəb ola biləcəyini göstərən araşdırmadan sonra həkimlərə mühüm çağırış edib. Mütəxəssislər deyirlər ki, həkimlər pastırma, kolbasa və bu kimi işlənmiş ət məhsullarından uzaq durmaq üçün xəstələrə daha aydın xəbərdarlıq etməlidirlər.

Araşdırmalar göstərib ki, son 30 ildə gənc yaşda bağırsaq xərçəngi diaqnozu dünya üzrə 80 faiz artıb. Alimlər bu artıma səbəb kimi ətraf mühitin çirklənməsi, piylənmə və içməli suyun tərkibindəki mikroplastiklər kimi faktorları göstərsələr də, əsl diqqət işlənmiş ətin istehlakına yönəlib.

Nyu York Universitetinə (NYU) bağlı olan Langone Health-in xərçəng mütəxəssisləri deyirlər ki, gənc nəsillər tərəfindən emal olunmuş ətin istehlakı səhiyyə ictimaiyyəti tərəfindən kifayət qədər ciddi qəbul edilmir.

Xərçəng tədqiqatçısı Dr. "Mən mütəmadi olaraq xəstələrimə həyat tərzi və pəhriz risk faktorları, xüsusən də işlənmiş ətlər haqqında məsləhətlər verirəm, lakin bu xəbərdarlıqların praktikada nə qədər geniş şəkildə edildiyindən əmin deyiləm" sözlərini deyib.



Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031