Həkim məsləhəti olmadan dərman qəbul etməyin! - VİDEO

14-04-2025, 11:17 2 dəfə baxılıb

 

Bir çox insanlar həkim məsləhəti olmadan özlərini müalicə edirlər. Onlar dərman, vitamin və ya minerallar qəbul edirlər. Bu halllar xüsusilə də yaz aylarında daha çox olur.

Yenisirvanli.İnfo.Az Xəzər TV-yə istinadən bildirir ki, tibb üzrə ekspert Rasif Bağırov deyir ki, yaz fəslində orqanizmin ehtiyac duyduğu vitaminlərə tələbat artır. Bundan başqa, mövsümi xəstəliklərin yayılmasında aktivlik müşahidə olunduğundan insanlar həkimə getmədən özlərini müalicə etməyə çalışırlar. Ancaq bunun ağır fəsadları da ola bilər.

Ekspertin sözlərinə görə, istənilən preparat qəbul olunarkən insanlar mütləq şəkildə həkimlə məsləhətləşməlidirilər. 

Rasif Bağırovun sözlərinə görə, mütəxəssis məsləhəti olmadan aparılan bu cür dırnaqarası müalicələr bəzi hallarda xəstələrin vəziyyətlərini daha da ağırlaşdırır. Xüsusilə də bəzi xəstəliklərlə bağlı bu həssaslıq vacibdir. Ona görə də yaxşı olardı ki, həkim müayinəsi və tövsiyələrindən sonra müalicəyə başlanılsın.

Daha ətraflı videomaterialı təqdim edirik: 








Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930