Vitamin C çatışmazlığı şəkər xəstələri üçün TƏHLÜKƏLİDİR

12-04-2025, 13:32 2 dəfə baxılıb

 

Vitamin C çatışmazlığı xroniki xəstəliklərin, o cümlədən şəkərli diabetin kəskinləşməsinə səbəb və çəki itirməyə mane olur”.


Yenisirvanli.İnfo.Az xəbər verir ki, bunu, Rusiya Səhiyyə Nazirliyinin Endokrinologiya Mərkəzinin dietoloqu Viktoriya Demidova qeyd edib.

“Əslində, vitamin C – tibbin “köhnə dostu”dur. Alimlər onu 100 il əvvəl kəşf etsələr də, bu vitaminin sağlamlıq üçün yeni və vacib xüsusiyyətlərini hələ yeni tapırlar.

Vitamin C sadəcə soyuqdəymədən qorumur. Bu vitamin yağların parçalanmasına kömək edir, kollagen sintezində iştirak edir və hüceyrə yaşlanmasını sürətləndirən müxtəlif xəstəliklərin inkişafına səbəb olan oksidləşmə stresinə qarşı mübarizə aparır. Vitaminin çatışmazlığı həmçinin, metabolizmin yavaşlamasına, piylənmə riskinin, həmçinin ürək-damar və onkoloji xəstəliklərin yaranma riskinin artmasına səbəb olur, — deyə Demidova izah edib.

Bundan əlavə o, gündəlik böyüklər üçün vitamin C dozasının 75-90 mg olduğunu da vurğulayıb. (saglamolun.az)



Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930