Gündə bir siqaret çəkmək zərərsizdirmi? (VİDEO)

6-04-2025, 17:48 238 dəfə baxılıb

 

Əgər siqareti atmaq əvəzinə azaltmaqla sağlamlığınızı qoruyacağınızı düşünürsünüzsə, yanılırsınız.

Yenisirvanli.İnfo.Az bildirir ki,türkiyəli həkim Dr.Muhammed Keskinin  bildirdiyinə görə siqaret çəkmək qarşısı alına bilən infarktların ən çox yayılmış səbəblərindən biridir.

Muhammed Keskin  qeyd edir ki, xüsusilə gənc yaşda damarlarda lövhə əmələ gəlməsini ardınca lövhələrin böyüməsini gözləmədən birbaşa qopmağa səbəb ola bilər, infarkt riskini artırır:
“Siqaretin tərkibindəki nikotin asılılıq yaradır və çəkdiyiniz hər siqaretdən sonra vücudunuz bu maddəyə can atır.
Bu yaxınlarda aparılan bir araşdırma, gündə bir siqaretin müntəzəm olaraq çəkilməsinin kişilərdə infarkt riskini 44%, insult riskini isə 41% artırdığını müəyyən edib. Qadınlarda infarkt riski 34%, insult riski isə 31% artıb.
Çəkilən siqaretlərin miqdarı azaldıqca riskin azaldığını deyə bilərik, lakin heç vaxt sıfıra yaxın bir nisbətə çatmır.
Gündəlik siqaretin nələr edə biləcəyini düşünməyin, siqareti azaldanlardan yox, buraxanlardan olun!”







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031