Analıq məzuniyyətinə çıxanların DİQQƏTİNƏ - Kredit borcu varsa…

4-04-2025, 19:01 207 dəfə baxılıb

 

Ölkəmizdə kredit təşkilatlarına  üz tutanlar sırasında qadınlar da yer alır. Ancaq onları narahat edən bir məsələ var.

Niyə analıq məzuniyyətinə çıxan qadınların krediti dondurulmur? Ümumiyyətlə bu proses  mümkündürmü?

Yenisirvanli.İnfo.Az xəbər verir ki, Bizim.Media qadınları narahat edən bu mövzu ətrafında araşdırmalar aparıb.

Analıq məzuniyyətində olan xanımların  adlarına olan kredit borcunun dondurulması, onların hüquqları üçün bir zərbə ola bilər. Bu sözləri mövzu ilə bağlı açıqlamasında iqtisadçı-ekspert Əkrəm Həsənov qeyd edib:

“Kreditləri dondurma qaydası mövcud deyil. Əgər bank könüllü şəkildə güzəştlərə gedirsə, əlbəttə, bu başqa məsələ…

Ancaq qanunvericiliklə sözügedən qayda tənzimlənmir. Yəni, analıq məzuniyyətində olan qadınlar əvvəlki qayda ilə borcunu ödəməlidir. Əgər qanunla analıq məzuniyyətinə çıxan qadınların kreditinin dondurulması mövcud olsa, banklar hamiləlik dönəmində qadınlara kredit verməyəcək. Bu da qeyd etdiyim kimi qadınların hüquqlarını pozmaq deməkdir”- deyə müsahibimiz bildirib.


Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930