Rusiyada yeni naməlum virus yayılıb

31-03-2025, 11:47 66 dəfə baxılıb

 

Rusiyada "Rospotrebnadzor" (Rusiyanın İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti) naməlum virusa yoluxma ilə bağlı məlumatları nəzarətə götürüb.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu barədə idarə öz "Telegram" kanalında məlumat yayıb.

Qeyd olunur ki, agentlik sosial şəbəkələrdə yayılan bütün son məlumatları araşdırır. Eyni zamanda, "Rospotrebnadzor" bəyan edib ki, virusla bağlı vəziyyət nəzarət altındadır.

İlk yoluxmuşların dediyinə görə, hər şey adi ağrı və halsızlıqdan başlayır, lakin bir neçə gündən sonra xəstəlik insanı elə vəziyyətə salır ki, yataqdan qalxmaq mümkün olmur. Bundan əlavə, xəstə qan öskürməyə başlayır və daim yüksək temperaturla mübarizə aparır. Eyni zamanda, COVID-19 və A, B qripi üçün testlər mənfi nəticə verir.

Qeyd olunur ki, bu, mikoplazma pnevmoniyası ola bilər. Analoji hadisə ötən ilin dekabrında da müşahidə edilmişdi.

 Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930