Çində ilk dəfə: Donuzun qaraciyəri insana köçürüldü

27-03-2025, 10:57 214 dəfə baxılıb

 

Sian şəhərindəki Dördüncü Hərbi Tibb Universitetinin Çin alimləri geni dəyişdirilmiş donuzdan geri dönməz komada olan xəstəyə ilk eksperimental qaraciyər transplantasiyasını həyata keçiriblər.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, araşdırma "Nature" elmi jurnalında dərc olunub.

Orqan altı geni redaktə edilmiş miniatür donuzdan götürülüb. Resipient geri dönməz beyin funksiyası diaqnozu qoyulmuş, həyatı tibbi avadanlıqla dəstəklənən yetkin bir insan olub.

Təcrübə 10 gün davam edib və subyektin ailəsinin istəyi ilə dayandırılıb. Müşahidə müddətində transplantasiya edilmiş qaraciyər normal fəaliyyət göstərərək öd və protein albumin istehsal edib.

Donuzlar ksenotransplantasiya (növlər arasında orqan transplantasiyası) üçün optimal donor hesab edilir. Onların anatomiyası və fiziologiyası insanlara yaxındır və genetik modifikasiya rədd edilmə riskini azaldır.

Tədqiqat müəllifləri əlavə ediblər ki, donuz qaraciyəri insan qaraciyərindən daha az öd və albumin istehsal edir. Texnologiyanı təkmilləşdirmək üçün 10 gündən çox davam edən yeni təcrübələr tələb olunacaq.

Yenisirvanli.İnfo.Az  







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031