Ağcabədidə həyat yoldaşını balta ilə qətlə yetirən şəxsə hökm oxundu

23-09-2026, 10:09 30 dəfə baxılıb

 

Ağcabədidə həyat yoldaşını öldürməkdə ittiham olunan Ayaz Səlimovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Ayaz Səlimov 16 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Qeyd edək ki, Ayaz Səlimov həyat yoldaşı Nəzakət Səlimovanı ailədaxili münaqişə zəminində mətbəxdə istifadə olunan ət baltası ilə doğrayaraq qətlə yetirib.

Hadisə baş verən gün Ayaz Səlimov təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunub.

Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi irəli sürülüb.



Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031