Polis əməkdaşına müqavimət göstərən taksi sürücüsü ilə bağlı QƏRAR

Dünən, 09:58 0 dəfə baxılıb

 

Ali Məhkəmədə hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmədə təqsirləndirilən M.Əmirovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Yenisirvanli.İnfo.Az bildirir ki, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya şikayəti qismən təmin edilib, Bakı Apellyasiya Məhkəməsinin 2026-cı il tarixli qərarı, məhkuma təyin edilən cəzanın başlanğıcının hesablanması hissəsində dəyişdirilib. M.Əmirov hazırkı cinayət işi üzrə cəzaçəkməsinin əvvəli 2025-ci il tarixdən hesablanması qərara alınıb.

İttihama görə, M.Əmirov hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərib.

Belə ki, o, 2025-ci il tarixdə saat 09:00 radələrində Bakı şəhərinin Xəzər rayonu ərazisində yerləşən Heydər Əliyev adına hava limanının II Terminalında qanunsuz taksi fəaliyyəti ilə məşğul olub. M.Əmirov idarə etdiyi “Mercedes-Benz E-Class” markalı avtomobili qadağan olunmuş yerdə saxlayıb.

Həmin vaxt ərazidə xidməti vəzifələrini yerinə yetirən Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin aidiyyəti struktur bölməsində polis nəfəri vəzifəsində xidmət edən zərərçəkmiş S.S. (adı, soyadı şərtidri) M.Əmirova yaxınlaşaraq qanunsuz hərəkətini dayandırmasını və avtomobili yerindən tərpətməməsini tələb edib. Lakin M.Əmirov cərimə tətbiq olunacağından ehtiyat edərək polis əməkdaşının qanuni tələbinə tabe olmayıb. O, polis əməkdaşına zor tətbiq etməyə yönəlmiş qəsdən hərəkətlərə keçib, avtomobilin mühərrikini qəfildən işə salaraq hərəkətə başlayıb.

Polis əməkdaşı avtomobilin yarıaçıq vəziyyətdə olan sol ön qapısından tutduğu əli buraxmadıqda isə M.Əmirov maşını saxlamayıb, sürəti artıraraq sağa-sola manevrlər edib. Bu zaman o, avtomobildən tutmuş vəziyyətdə olan polis əməkdaşının sağ qoluna əllə zərbələr vurub. Daha sonra maşını hərəkətdə saxlayaraq S.S.-i sürüyüb və əllə itələyərək kənara tullayıb.

Hadisə nəticəsində zərərçəkmiş şəxs sağlamlığının qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli xəsarətlər alıb.

Beləliklə, M.Əmirov Cinayət Məcəlləsinin 315-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib.

Xəzər Rayon Məhkəməsinin hökmü ilə o, 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəza müddətinin əvvəlinin 2025-ci il tarixdən hesablanması hökm edilib. Hökmdən məhkumun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilib. Bakı Apellyasiya Məhkəməsinin 2026-cı il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməyib.

Bununla belə, birinci instansiya məhkəməsinin hökmü “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 2025-ci il tarixli qərarının 3.1-ci bəndi tətbiq edilməklə dəyişdirilib. Qərara əsasən, M.Əmirova təyin edilmiş 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası 6 ay azaldılıb.

Beləliklə, M.Əmirovun üzərində qəti olaraq 1 il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.



Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930