Özünü qazi kimi təqdim edərək vətəndaşları şantaj edən şəxsdən xəbər var

25-08-2026, 11:04 62 dəfə baxılıb

 

Vətəndaşlardan barəsində rüsvayedici məlumatlar yayacağı hədəsi ilə pul almaqda təqsirləndirilən Taleh Qədirovun barəsindəki qərardan kassasiya şikayəti verilib.

 

Yenisirvanli.İnfo.Az bildirir ki, şikayət Ali Məhkəmənin hakimi İlkin Abdullayevin sədrliyi ilə araşdırılacaq.

 

Qeyd: Taleh Qədirov 2024-cü ilin iyul ayında saxlanılaraq istintaqa təhvil verilib.

 

İttihama görə, təqsirləndirilən şəxs özünü qazi kimi təqdim edib və müxtəlif şəxslərdən rüsvayedici məlumatlar yayacağı hədəsi ilə müxtəlif məbləğlərdə pul alıb.

 

Ona şəxsə Cinayət Məcəlləsinin 182.2.2-ci (Hədə-qorxu ilə tələb etmə, təkrar törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

 

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Taleh Qədirov 7 il müddətinə azadlıqdan məhrum edilib.


Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031