Biləsuvarda mübahisə ölümlə nəticələndi: 16 yaşlı oğlan saxlanıldı
Avqustun 13-də saat 20 radələrində 1982-ci il təvəllüdlü Şölət Rüstəmlinin Biləsuvar rayonunun Dərvişli kəndi ərazisində kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Yenisirvanli.İnfo.Az bildirir ki, münaqişə zəminində həmin cinayət əməlini törətməkdə şübhəli bilinən 16 yaşlı S.Ş polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırma aparılır.
Yenisirvanli.İnfo.Az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: