Goranboyda həmyerlisini döyərək öldürən şəxslə bağlı QƏRAR

4-03-2025, 10:33 203 dəfə baxılıb

 

Gəncə Apellyasiya Məhkəməsində etiyatsızlıqdan adam öldürmədə təqsirləndirilən Mübariz Həsənovun barəsindəki hökmdən zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi tərəfindən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. 

Yenisirvanli.İnfo.Az xəbər verir ki,, hakim Sevindik Əzizovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib.

 Qeyd: 2023-cü il oktyabrın 30-da Xocalı Rayon Polis Şöbəsinə Goranboy rayon Aşağı Ağcakənd qəsəbə sakini, 1965-ci il təvəllüdlü Səməndər Həsənovun qəfildən vəfat etməsi barədə məlumat daxil olub. Xocalı Rayon Polis Şöbəsinin və Rayon Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.

 Keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində məlum olub ki, mərhum bir gün əvvəl Goranboy rayon Erkəc kənd sakini Mübariz Həsənov ilə şəxsi münasibətlər zəminində mübahisə edərək dalaşıb.

 Mübariz Həsənov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.

 Faktı üzrə Xocalı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

 Goranboy Rayon Məhkəməsinin hökmü ilə o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan zərərçəkmiş şəxsin nümayəndəsi apellyasiya şikayəti verib. Hökmdən narazı qalan zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi apellyasiya şikayəti vermişdi.

Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031