Söyüşə görə tanışını bıçaqlayan şəxslə bağlı məhkəmə qərarı açıqlandı

3-03-2025, 11:44 157 dəfə baxılıb

 

Ali Məhkəmədə qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən İsmixan Aslanovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

 Yenisirvanli.İnfo.Az xəbər verir ki, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, şikayət təmin edilməyib.  

 

İttihama görə, İsmixan Aslanov 05 sentyabr 2023-cü il tarixdə, saat 01 radələrində tanışı, zərərçəkmiş Ramiz Atabalayevlə mübahisə edib. Buna səbəb isə kənar şəxslərin yanında zərərçəkmişin ona qarşı nalayiq ifadə işlətməsi olub. Sonra onlar Ramizin təklifi ilə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Ağa Əlizadə küçəsi 75 nömrəli evinin qarşısına gələrək yaranmış mübahisəni davam etdiriblər. Nəticədə İsmixan üzərində gəzdirdiyi mətbəx bıçağı ilə Ramizin qarın nahiyəsinə qəsdən zərbə endirərək ona xəsarət yetirib.

 

Hadisədən sonra İsmixan Aslanov saxlanılıb və barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdi.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona şərti cəza verilib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, apellyasiya protesti təmin edilib, Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı şərti cəza hökmü dəyişdirilib və İsmixan Aslanov 3 il müddətinə azadlıqdan məhrum olunub. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilib və İsmixan Aslanov məhkəmə iclas zalından həbs olunub. 

 Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930