42 yaşlı kişi həmyerlisini GÜLLƏLƏDİ - təfərrüat - FOTO

3-03-2025, 11:17 92 dəfə baxılıb

 

Biləsuvar rayonunda baş verən silahlı insidentin bəzi təfərrüatı məlum olub.

 Yenisirvanli.İnfo.Az xəbər verir ki, hadisə Biləsuvar şəhəri, Nizami küçəsində qeydə alınıb.

Rayon sakini, 1983-cü il təvəllüdlü Elməddin Əzizağa oğlu Cəfərov həmyerlisi, 1995-ci il təvəllüdlü Raul Quliyev tərəfindən ov tüfəngi ilə güllələnib.

Yaralı ayaq və qarın nahiyəsindən çoxsaylı xəsarətlərlə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Məlumata görə, münaqişə tərəfi olan şəxslər əvvəlcə rayon mərkəzindəki çayxanada mübahisə ediblər. Mübahisə zamanı Elməddin Cəfərov həmyerlisinə şillə vurub. Daha sonra rayonun Nərimankənd sakini olan Raul Quliyev çayxananı tərk edərək evə gedib. O, ov tüfəngini götürərək yenidən çayxanaya qayıdıb və Elməddin Cəfərova atəş açıb. Cinayəti törədən şəxsin sonrakı planını həyata keçirməsinə yaxınları mane olub və tüfəngi onun əlindən alıblar.

Cinayət əməlini törətməkdə şübhəli bilinən Raul Quliyev artıq polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

 Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031