Sevgilisini qətlə yetirib 2 il həyətdə gizlədən şəxsə 19 il həbs cəzası verildi

1-03-2025, 11:57 410 dəfə baxılıb

 

Qətl törətməkdə törətməkdə təqsirləndirilən Könül Baxşəliyevin cinayət işi üzrə məhkəmə istintaq yekunlaşıb.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən souncu prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə ona 19 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Qeyd: 2022-ci ilin may ayında itkin düşmüş Abşeron rayon sakini, 57 yaşlı Bahar Məmmədovanın qəsdən öldürülməsi müəyyən edilib. Məlumata görə, Bahar Məmmədovanın 2022-ci il mayında itkin düşməsi faktı üzrə Abşeron rayon prokurorluğu və Abşeron rayon polis idarəsi əməkdaşlarının keçirdiyi çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində onun Masazır qəsəbəsində birlikdə yaşadığı evdə tanışı 1969-cu il təvəllüdlü Könül Baxşəliyev tərəfindən qısqanclıq zəminində boğularaq qəsdən öldürülməsi, daha sonra isə həmin evin həyətində basdırılmasına əsaslı şübhələr müəyyən edilib. Bahar Məmmədovanın meyitinin basdırıldığı yer Könül Baxşəliyevin istintaqa verdiyi ifadə əsasında müəyyən olunaraq ekspert və prokuror-kriminalistin iştirakı çıxarılıb, iş üzrə zəruri ekspertizalar təyin olunmaqla intensiv istintaq-əməliyyat tədbirləri aparılıb.Könül Baxşəliyevin barəsində Cinayət Məcəlləsinin 120.2.5-ci (qəsdən adam öldürmə) 120.2.9 və 178.2.4-cü (dələduzluq) maddələri ilə ittiham irəli sürülüb.

Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930