Rusiyada Qubernatorun müavini rüşvət alarkən saxlanıldı

27-02-2025, 11:25 300 dəfə baxılıb

Rusiyanın Voloqda vilayətinin qubernatorunun müavini Denis Alekseyev və onun şəriki Kirill Boçarov rüşvət alarkən cinayət başında saxlanılıblar.
Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat verib.

Məlumata görə, Alekseyev və Boçarov 2024 və 2025-ci illərdə meşələrin inkişafı üçün investisiya layihəsi həyata keçirən kommersiya təşkilatının nümayəndəsindən 100 milyon rubl rüşvət tələb ediblər. Qeyri-qanuni mükafata görə məmurlar bu təşkilat üçün meşə sahəsinin icarəyə verilməsi məsələsini həll edəcəklərini vəd etdilər. Tələb olunan məbləğin bir hissəsini aldıqdan sonra Alekseyev və Boçarov Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən cinayət başında saxlanılıb.

Rusiya İstintaq Komitəsi vəzifəli şəxslərə qarşı cinayət işi açıldığını da qeyd edib.

 Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930