RƏZALƏT: "“Azəriqaz” əhaliyə qaz yerinə mavi hava satır – Fakt"

6-10-2026, 10:17 10 007 dəfə baxılıb

 

Yeni Yasamal sakinləri qazın təzyiqinin olduqca aşağı olmasından şikayətlənirlər.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu barədə sakin Müşfiq Abdulla sosial şəbəkə hesabında paylaşım edib. O, ərazidə qazın normal istifadə üçün yararsız vəziyyətdə olduğunu bildirib.

“Yeni Yasamalda qaz yoxdur! Yoxdur deyəndə ki, əhaliyə mavi rəngdə hava satırlar. Bir çaydan suyun qaynaması 1 saat çəkir. Hamamlara isti su getmir”, – deyə Müşfiq Abdulla qeyd edib.

Onun paylaşımına şərh yazan digər şəxslər də oxşar problemlə üzləşdiklərini bildiriblər.

Şərhlərdən görünür ki, qazın təzyiqinin aşağı olması ilə bağlı narazılıqlar yalnız Yeni Yasamalla məhdudlaşmır. Müxtəlif ərazilərdə yaşayan bəzi sakinlər də qazın ya zəif, ya da mavi rəngdə, amma hava formasında gəlməsindən şikayətləniblər.

Sakinlərin sözlərinə görə, qazın təzyiqinin aşağı olması gündəlik məişət işlərini çətinləşdirir, xüsusilə su qızdırmaq və isti sudan istifadə ilə bağlı problem yaradır.

Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinin mövqeyini dərc etməyə hazırıq. tia.az







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031