Sevindik Hətəmovun işçiləri qanunları BELƏ POZUR - AXI NİYƏ?..

16-03-2025, 20:23 2 dəfə baxılıb

Hacıqabul rayonunun Meyniman kənd sakini Orxan Vəliyev kəndin bələdiyyə sədri Sahil Ağayevdən şikayətçifir.


Yenisirvanli.İnfo.Az xəbər verir ki, onun iddiasına görə, bələdiyyə sədri kənd yaxınlığında örüş üçün ayrılmış 85 sot torpaq sahəsini qanunsuz olaraq ələ keçirib.

Şikayətçinin sözlərinə görə, Sahil Ağayev Əmlak Məsələləri Dövlət Xidmətinin Şirvan ərazi idarəsinin bəzi əməkdaşları ilə birgə əlbir olaraq həyata keçirib və torpaq sahəsinin baza məlumatlarını saxtalaşdırıb.

Həmçinin Vəliyevin iddiasına görə bələdiyyə sədrinin həmin ərazidə ekologiyaya ciddi ziyan vurub. O bildirir ki, ərazidəki ağaclar həmin şəxslər tərəfindən qəsdən yandırılaraq yaşıllıqlar məhv edilir. Vətəndaş məsələ ilə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət etdiyini, lakin indiyə qədər heç bir tədbir görülmədiyini deyir.

O, adiyyatı qurumlara müraciət edərək bu məsələni araşdırılıb, həmin şəxslərin qanunsuz əməlləri barədə tədbir görmələrini xahiş edir. "DİA-AZ" 

Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031