Əhməd Vəliyevin ləğv edilmiş bankının dövlətə nə qədər borcu var?

14-03-2025, 10:20 256 dəfə baxılıb

 

“Odlar Yurdu” Universitetinin rektoru, keçmiş deputat Əhməd Vəliyevin bankı hesab edilən “Muğanbank” Açıq Səhmdar Cəmiyyəti (ASC) külli miqdarda vergi borcu var.

Yenisirvanli.İnfo.Az qaynarinfo-ya istinadən xəbər verir ki, hazırda bankın vergi borcu 607 723,34 manat təşkil edi

“Muğanbank” ASC 1992-ci ildə yaradılıb. Nizamnamə kapitalı 137 500 000 manatdır. Bankın qanuni təmsilçisi Piriyev Tural Qüdrət oğludur. Bankı sahibi kimi isə Əhməd Vəliyev tanınır. “Muğanbank” ASC-nin səhm paketi 2022-ci ilin sonuna qədər aşağıdakı kimi bölünüb:

Elmir Mehdiyev – 67,74%
Maqbet Mehdiyev – 11,58%
Vəfa Vəliyeva – 10,65%
Fəridə Mehdiyeva – 10,03%.

Elmir Mehdiyev Əhməd Vəliyevin kürəkəni, Vəfa Vəliyeva qızı, Maqbet Mehdiyevlə Fəridə Mehdiyeva isə qudalarıdır.

2022-ci ilin sonundan etibarən isə bankın səhmdarları aşağıdakı şəxslərdir:

Vəliyev Samir – 40%
Vəliyev Munir- 40%
Mehtiyeva Fəridə – 10,8928%
Vəliyeva Vəfa – 8,3254%
Mehdiyev Elmir – 0,7818%.

Samir və Munir Vəliyevlər Əhməd Vəliyevin övladalrıdır.

Göründüyü kimi 2022-ci ildən sonra bank demək olar ki, tam şəkildə Əhməd Vəliyevin nəzarətinə keçib.

2023-cü ildə isə bankın lisenziyası ləğv edilib. “Muğanbank” ASC hazırda ləğv prosesindədir.

Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930