Vidadi İsayev şəxsi obyektində "JEK" işçilərini qula çevirib - görüntülər yayıldı... VIDEO

11-03-2025, 10:59 548 dəfə baxılıb


 

 

Bərdənin icra başçısı Vidadi İsayevin "JEK" işçilərini öz obyektində işlətməsinin görüntüləri sosial şəbəkələrdə yayılıb.

 Yenisirvanli.İnfo.Az xəbər verir ki, icra başçısına aid obyektin təmizlənməsini, silib - süpürülməsini dövlət idarəsinin işçiləri həyata keçirirlər. Bu da ciddi qanun pozuntusudur. Çünki dövlət idarəsinin işçilərinin əməyini heç kim öz şəxsi iaşə obyektində istismar edə bilməz. Lakin icra başçısı Vidadi İsayev vəzifə səlahiyyətindən sui-istifadə edərək "JEK" işçilərini özünün kommersiya obyektlərində qul əvəzinə işlətməkdədir. Sosial şəbəkələrdə yayılan görüntülərdən də məlum olur ki, onlar rəhbərlikdən verilən əmri yerinə yetirirlər. Halbuki idarə işçilərinin öz funksiyası var və hansı ərazilərdə xidmət göstərməli olduqları qeyd edilir. Ancaq Vidadi İsayevi hər hansı qayda-qanun maraqlandırmır deyə özünü Bərdənin fironu kimi aparır, Mənzil İstismar Sahəsinin işçilərini də havayı yerə öz obyektlərində işlədir. Qeyd edək ki, daha əvvəl də bu haqda Bərdədə çoxlu məlumatlar, şikayətlər gəlib. Şikayətdə deyilirdi ki, "JEK"də rəis müavini olan İldırım Quliyev, Kommunal Müəssisələr Kombinatının rəhbəri Natiq Qasımov və Kommunal Təsərrüfat Birliyinin rəisi Rauf Qafarov icra başçısının vəzir-vəkili kimi çıxış edirlər. Onlar süpürgəçilərin, xidmətçilərin gününü qaraya döndəriblər. Bu da Vidadi İsayevin komandasının hansı qanunsuzluqlara yol verdiyini, insanların başına hansı zülmləri gətirdiyini sübut edir. Bildirilir ki, Bərdənin fəal adamları, sosial şəbəkədə qanunsuzluq faktlarını yayanları isə susdurmaq üçün müxtəlif variantlara əl atılır. Məsələn, bəzilərinin “JEK”-də, ya da “Komfoz”da işə düzəldirlər ki, dili qısa olsun. Artıq bu vəziyyət ciddi problemə çevrilir. İşçilər narazılıq edirlər və icra başçısının bu hərəkətləri barədə ölçü götürülməsini gözləyirlər.Anaxeber.info

bəzilərinin “JEK”-də, ya da “Komfoz”da işə düzəldirlər ki, dili qısa olsun. Artıq bu vəziyyət ciddi problemə çevrilir. İşçilər narazılıq edirlər və icra başçısının bu hərəkətləri barədə ölçü götürülməsini gözləyirlər.

 Anaxeber.info


Yenisirvanli.İnfo.Az  







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930