149 saylı məktəbdə pul yığımına start verildi- Rəhilə Baxşiyeva nə tapşırıq verib?

3-03-2025, 17:55 158 dəfə baxılıb

 Hər il 8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində orta məktəblərdə pul yığılması ilə bağlı müzakirələr başlayır.
Elm və Təhsil Nazirliyi məktəb direktorlarına, müəllimlər xəbərdarlıq ünvanlasa da, valideynlərə pul yığmamaları üçün çağırış etsə də kampaniyanın qarşısını tam şəkildə almaq mümkün olmur.
Belə hallar olması paytaxt məktəblərində sosial şəbəklərdə müzakirə olunur.
YeniSirvanli.İnfo.Az bildirir ki, Vətəninfo.az-a daxil olan məlumat görə Xocalı şəhidi Elçin Şəmiyevin adı verilən Xəzər rayonu Binə qəsəbəsində 149 saylı orta məktəbdə pul yığımına start verilib.


Yuxarı sinif rus dilli sektorda təhsil alan şagirdlər 50 manat, Azərbaycan dili sektorunda təhsil alanlar üçün 30-40 manat, aşağı siniflər üçün isə 20-30 manat arası pul yığımı həyata keçirilir. Birinci siniflər üçün isə 30 manatdan pul yığılır.

Məlumatda qeyd olunur ki, hər sinifdən uşaq sayı hesabına görə məktəbin rəhbəri Rəhilə Baxşiyevaya 10 manatdan pul verilməlidir. Pul yığımına isə müəllimlər arasında cavabdehlik daşıyan müavinləri Vəfa Əlinağıyeva və Namiq Ələkbərov icra edildiyi bildirilir.

Qeyd edək ki, 149 saylı məktəbdə dörd min şagird təhsil alır və bu pul yığımında fantastik rəqəm alınır. Belə ki, yığımdan sonra direktor Rəhilə Baxşıyeva 40 minlik premium sinfinə aid avtomobil almaq iqtidarında olacaq.

149 saylı məktəblə əlaqə saxlamaq mümkün olmadı.

Elm və Təhsil Nazirliyinin qaynar xəttinə məlumat verilib.

Yazıda adları keçənlərində fikirlərini dərc etməyə hazırıq.


YeniSirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930