Baş redaktor Zahid Oruca müraciət etdi: Bu qanunsuzluğun qarşısı alınmasa...

27-02-2025, 11:43 511 dəfə baxılıb

 

Anaxeber.info saytının baş redaktoru, Bakının Xətai rayon sakini Azər Talıbov millət vəkili Zahid Oruca müraciət edib.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, junralist müraciətində bildirib ki, rayonun Sarayevo küçəsi 26 ünvanında yaşıllığın məhvinə hazırlıq gedir. O, Xətai rayonundan deputat olan Zahid Orucun bu qanunsuzluğun qarşısının alınması üçün köməklik göstərməsini xahiş edib. Jurnalist bildirib ki, bu barədə görüntülər də yayılıb. “Hörmətli millət vəkilimiz Zahid Oruc, sizə müraciətimin səbəbi Xətai rayonunda qanunsuz ağac kəsiminə hazırlığı “beşikdə boğmaq” istəyidir. Əks halda, bu cinayətə yol veriləcək. Belə ki, Sarayevo küçəsi 26 ünvanında yerləşən parkı içində ağacların kəsilərək yerində obyekt tikilməsi üçün iş getməkdədir. Əslində, bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Xətai rayon İcra Hakimiyyəti, Bakı Şəhərsalma və Arxitektura Komitəsi araşdırma aparmalıdır. Bu qanunsuzluğa kimin icazə verdiyi aydınlaşmalı və dərhal qarşısı alınmalıdır. Vətəndaşların istirahəti və havanın təmizliyinin qoruması üçün nəzərdə tutulan parkda ağaclar hansısa çayxana, ya da geyim dükanına qurban veriləcək. Təbii ki, burada ilk məsuliyyət daşıyan Xətai rayon icra başçısı Rafiq Quliyevdir. Onun icazəsi olmadan heç bir sahibkar yaşıllığa toxuna bilməz, parkın içində hansısa iş görməyə cürət etməz. Ona görə də sizdən xahişimiz budur ki, gəlin, rayonumuzu, onun təbiətini, oksigenini birlikdə qoruyaq. Hansısa yaramazlar, tamahkarlar üçün yaşıllığın heç bir əhəmiyyəti yoxdur. Ancaq biz sakinlər buna göz yuma bilmərik. Bu məsələdə də hörmətli millət vəkilimiz Zahid Orucun dəstəyinə ehtiyacımız var. Bilirik ki, Zahid bəy hər zaman belə məsələlərə qarşı həssasdır və seçki kampaniyası dövründə seçicilərlə görüşərkən bildirmişdi ki, Xətai rayonunu birlikdə inkişaf etdirməliyik. Ona görə də deputatımızdan səsimizə səs verməsini gözləyirik”.

Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930