Nizami bələdiyyəsinin üzvü Amil Bağıyev insanların evlərini başlarına yıxır

27-02-2025, 11:20 456 dəfə baxılıb

Nizami bələdiyyəsinə yeni üzv seçilən Bağıyev Amil Famil oğlu həmçinin, "Orbita” MTK-nın icraçı direktoru imiş...

Yenisirvanli.İnfo.Az xəbər verir ki, "Orbita” MTK-nın sahibi Bağıyev Famil Qambay oğludur. İcraçı direktor isə, Nizami bələdiyyəsinə yeni seçilmiş oğlu Bağıyev Amil Famil oğludur.

Qeyd edək ki, Amil Bağıyevin direktoru olduğu "Orbita” MTK paytaxtın Nizami rayonunda, Metronun Qara Qarayev stansiyasının yaxınlığında içində sakinlərin yaşadığı binanın sökməsi ilə məşhurdur.

Yerli mətbuatda dərc olunan şikayətdə bildirilir ki, Kamil Balakişiyev küçəsindəki binada ümumilikdə binada 100-dən artıq ailə yaşayır. Onların əksəriyyəti ilə razılıq əldə edilsə də, 15-ə yaxın əmlak sahibi istəklərinin təmin edilmədiyini bildirir.

Xatırladaq ki, həmin ərazidə 4 küçənin kəsişməsində "Orbita” MTK 7 ədəd 15 mərtəbəli yaşayış binasını tikir.

Razılıq əldə olunmayan sakinlər mənzillərində yaşaya-yaşaya MTK tərəfindən həmin binanın söküntüsünün aparıldığı bildirilir. Sakinlər bu barədə Xəzər TV-yə şikayət veriblər.

Şirkətin tikinti direktoru Qulu Cəfərov isə sakinlər yaşadığı halda binanın sökülməsi məsələsinə də Xəzər TV-də münasibət bildirərək detib ki, boşalan mənzillərin qapı pəncərəsi sökülür. Lakin görüntülərdən göründüyü kimi, boş olan mənzillər artıq sökülüb və binada yaşayan digər sakinlər üçün ciddi təhlükə yaranır. Digər tərəfdən isə binanın sanitar qovşağı da məhv edilir. Necə deyərlər, açıqlamanın üzrü qəbahətindən böyükdür.

Maraqlıdır, Amil Bağıyev Nizami bələdiyyəsin seçilərkən seçicilərinə nə vəd edib?

Vətəndaşların evini başlarına yıxıb, sakinləri küçəyə atacağınımı?..

Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930