“Baku Medical Plaza”nın həkimi Günel Məmmədlidən ŞİKAYƏT

21-06-2025, 10:41 575 dəfə baxılıb

Dr.GünelMammadli” adı ilə tanınan həkim otoplastika əməliyyatından sonra pasiyent fəsadlarla üzləşdi !

 ] 

Sosial şəbəkələrdə “DrGünelMammadli” adı ilə tanınan və hazırda “Baku Medical Plaza”da fəaliyyət göstərən otoplastika həkimi Günel Məmmədli ilə bağlı ciddi iddialar gündəmə gəlib. Özünü zərərçəkmiş kimi təqdim edən Nərminə Həsənova bildirib ki, bir il əvvəl keçirdiyi qulaq estetikası (otoplastika) əməliyyatından sonra səhhətində ağır fəsadlar yaranıb.


Nərminə Həsənovanın sözlərinə görə, o, Günel Məmmədliyə müraciət edərək 2500 manat qarşılığında əməliyyat olunub. Əməliyyatdan qısa müddət sonra qulağından iltihablı axıntılar və şişkinliklər müşahidə olunub. Zərərçəkmiş iddia edir ki, vəziyyətini izah etmək üçün yenidən həkimin yanına müraciət etdikdə, Günel Məmmədli məsuliyyətdən yayınıb və “get hara istəyirsən şikayət et, mən heç kimdən çəkinmirəm” cavabını verib.

Məsələ ilə bağlı Günel Məmmədlinin tibbi fəaliyyət göstərmək üçün tələb olunan rəsmi diplom, icazə və sertifikatlarının olub-olmaması hələ ki, dəqiqləşdirilməyib. İctimaiyyətin narahatlığına səbəb olan bu iddialar, xüsusilə də sağlamlıqla birbaşa bağlı olan tibbi müdaxilələr fonunda, araşdırılmağa ehtiyac duyur.

Qarşı tərəfin fikirlərini dərc etməyə hazırıq.

Eyni zamanda inanırıq ki, məsələ ilə bağlı aidiyyəti qurumlar – Səhiyyə Nazirliyi və Daxili İşlər Nazirliyi tərəfindən hüquqi araşdırmalar aparılacaq və əgər qeyd edilənlər təsdiqlənərsə, günahkar şəxslər qanun qarşısında cavab verəcək. Xüsusi.Tv


Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031