Lombard əməkdaşı sahibkarın 139281 manat pulunu mənimsədi - MƏHKƏMƏ

26-02-2025, 11:36 166 dəfə baxılıb

 

Şəki Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilən Azad Abduallayevin (soyadı şərti)cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.


Yenisirvanli.İnfo.Az xəbər verir ki, hakim Bilal Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü o, 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


İttihama görə, Azad Abduallayev 12 dekabr 2019-cu il tarixdən 24 dekabr 2021-ci il tarixədək olan müddət ərzində zərərçəkmiş Malik Yusifova (şərti) məxsus Göyçay şəhəri, Nizami küçəsi 45 ünvanında yerləşən lombardda lombard mütəxəssisi işləyib. O, müştərilərin qaytardığı ümumilikdə 139281 manat pulu mənimsəyib.


Azad Abduallayev bunun nəticəsində vətəndaşların zərərçəkmiş şəxsə məxsus lombarddan yenidən pul vəsaitləri götürməməsi səbəbindən lombardının bağlanmasına səbəb olaraq, xidməti vəzifələrinin icrası ilə əlaqədar vəzifə səlahiyyətlərindən sui-istifadə edib.Pravda.az 

Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031