Məşhur tikinti şirkətinin milyonlarla borcu var

18-06-2025, 10:16 195 dəfə baxılıb

Qalmaqallı tikinti şirkəti olan "ALFA LTD" şirkətinin rəhbəri İxtiyar Həsənovun dövlətə milyonlarla vergi borcu yaranıb.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, Qaynarinfo-nun məlumatına görə, şirkətin Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə 3.784.124,21 AZN vergi borcu var.

Nizamnamə kapitalı 40 manat olan şirkətin qanuni təmsilçisi İxtiyar Həsənov Zakir oğludur.

Qeyd edək ki, "ALFA LTD" şirkətinin rəhbəri İxtiyar Həsənovun adı Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Əziz Əbdüləziz ilə hallanırdı. Həmin cinayət işində 2022-ci ildə vəfat edən Azərbaycan televiziya rejissoru, ssenari müəllifi Arif Qazıyevin də adı şahid qismində keçib. A. Qazıyev iş adamı ilə Əziz Əbdüləzizi tanış edib. Təqsirləndirilən şəxs tender udmaq, xaricdən plastik borularıb alıb gətirmək adı ilə İxtiyar Həsənovdan 300 min manat məbləğində pul alaraq mənimsəmişdi.


Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031