Mədəniyyət Nazirliyi deputatın qohumu ilə anlaşdı: 200 minlik gül alacaq

26-02-2025, 11:26 201 dəfə baxılıb

 

Mədəniyyət Nazirliyinin tabeliyində olan Əsaslı Tikinti və Təchizat MMC bu il üçün 198 min 830 manatlıq gül və əklil alacaq. Tribunainfo.az xəbər verir ki, bu barədə tenderlərlə bağlı rəsmi saytda məlumat yerləşdirilib.

Məlumatda deyilir ki, keçirilən tenderə sasən nazirliyin tabeliyindəki qurum tədbirlər, festivallar, təltiflər və digər əlamətdar günlər üçün güllərin və əklillərin satın alınmasını həyata keçirəcək. Bu məqsədlə İlkin Qalib oğlu Əskərovla satınalma müqaviləsi imzalanıb.

Qeyd edək ki, İlkin Əskərovla bağlı açıq mənbələrdə hər hansı məlumat yoxdur. Onun tenderlərdə iştirakı ilə bağlı da heç bir məlumat mövcud deyil.

Tribunainfo.az daxil olan bəzi məlumatlarda isə iddia edilir ki, Mədəniyyət Nazirliyinin tenderinin qalibi olmuş İlkin Əskərov Nəsimi Rayon İcra Hakimiyyətinin sabiq başçısı, hazırda deputat olan Asif Əsgərovun yaxın qohumudur.

Məsələ ilə bağlı tərəflərin də mövqeyini dərc etməyə hazırıq.

Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930