DİM sədri nazirin "bostanına daş atdı": "Onlar bulanıq suda öz balıqlarını tutmağa çalışırlar" - VİDEO

12-06-2025, 11:49 1 862 dəfə baxılıb

 

“Məktəblərdə tam şəkildə individual yanaşma yoxdur".

Mia.az xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə “Baku TV”yə müsahibəsində deyib.

DİM sədri abituriyentləri mütləq repetitor yanında imtahana hazırlaşmağa çağıranlardan da danışıb: "Əlbəttə, ilk növbədə  şagirdin uğurlu olması bilavasitə onun özündən asılıdır. Ancaq biz deyə bilmərik ki, məktəblərdə tam şəkildə individual yanaşma var. Yoxdur. Bir sinifdə 35,  bəzən isə daha artıq şagird olur. Mümkündür ki, bunu tədris zamanı müəllim təmin etsin? Biz müəllimlərin imtahan nəticələrini də görürük. Və görürük ki, elə bilikli müəllimlər çatışmır. Düzdür, su yavaş-yavaş açılır, bulantısı gedir. Amma müəyyən adamlar yenə də çalışırlar ki, suyu bulandırsınlar. Çünki onlar bulanıq suda öz balıqlarını tutmağa çalışırlar”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031