10 yaşlı qızın ölümündə təqsirli bilinən həkimlərin işi: biri cəza, digəri bəraət aldı

10-06-2025, 11:32 489 dəfə baxılıb

 

Ali Məhkəmədə səhlənkarlıqda təqsirləndirilən Bərdə Rayon Mərkəzi Xəstəxanası Birləşmiş Uşaq Xəstəxanasında uşaq cərrahı vəzifəsində çalışmış Şöhrət Əhmədov və xəstəxananın cərrahiyyə şöbəsinin müdiri Ədalət Süleymanovun barəsindəki qərardan verilən kassasiya şikayətinə baxılıb.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, Teleqraf-ın əldə etdiyi xəbərə görə, Bərdə rayon sakini, 2015-ci il təvəllüdlü Gülüm Abidova 2020-ci ilin avqustun 4-də, saat 17:00-da öz həyətlərində pilləkəndən yıxılıb, hadisədən sonra Bərdə Rayon Mərkəzi Xəstəxanasının qəbul şöbəsində müayinə olunub və evə göndərilib. Ertəsi gün saat 11:30-da azyaşlı qız valideynləri tərəfindən təkrar Bərdə Rayon Mərkəzi Xəstəxanasına gətirilib.

Xəstəxananın həkimləri Şöhrət Əhmədov və Ədalət Süleymanov həmin gün Gülüm Abdilovanın digər xəstəxanaya göndərilməsi barədə qərar qəbul ediblər.

İntoksikasiya əlamətləri olan xəstəni həmin gün saat 17:00-da Bakı şəhərində yerləşən M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına təxliyə ediblər. Gülüm Abdilova saat 00:00-da orada vəfat edib.

İstintaq hər iki həkimi Gülüm Abdilovanın ölümü ilə bağlı səhlənkarlıqda günahlandırıb və barələrində Cinayət Məcəlləsinin 314.2-ci (ağır nəticələrə səbəb olan səhlənkarlıq) maddəsi ilə ittiham irəli sürüb.

"Dedi ki, xəstəmiz ölür, təcili buna bax"

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Şöhrət Əhmədov ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. İfadəsində göstərib ki, uzun illərdir Bərdə Rayon Mərkəzi Xəstəxanasında uşaq cərrahı işləyir..



Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031