Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi nəqliyyat vasitəsinin satın alınması ilə bağlı tender keçirib. Tenderin qalibi “YENİMOTOR” Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
Yenisirvanli.İnfo.Az xəbər verir ki, Satınalma müqaviləsinin ümumi dəyəri 108.500 manat təşkil edir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, qalib şirkətin qanuni təmsilçisi Yusif Hüseynov Rafiq oğludur. “YENİMOTOR” MMC-nin nizamnamə kapitalı isə cəmi 100 manatdır.
Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidovadır.32gun.az
Yenisirvanli.İnfo.Az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.