Xırdalan yenə zibil içində… “Fərzəliyevin başı torpaq satmağa qarışıb” – Foto

18-02-2025, 12:34 4 dəfə baxılıb

 

Dəfələrlə bu haqda yazılmasına, şikayət edilməsinə baxmayaraq yenə də Xırdalan dağ kimi qalaqlanmış zibillik içində batır. 20 gündən artıqdır təmizlənməyən həyətlərin zibilliyi yola qədər çatır. Əksər küçələrdə anti-sanitar vəziyyət hökm sürür.

Yenisirvanli.İnfo.Az  xəbər verir ki,  bu barədə Xırdalan sakinləri bildirirblər. Hazırda Xırdalanın Qalubiyyə küçəsində qalaqlanıb qalmış zibillər 20 gündən artıqdır yığılmır. Sakinlərin dəfələrlə üzləşdiyi bu zibil probleminə görə müraciət etmədikləri ünvan qalmayıb. Ancaq yenə də tədbir görülmür:

“Bezmişik Abşeron rayon İcra Hakimiyyətinə müraciət etməkdən. Hər dəfə biz zəng edib yadlarına salmalıyıq. Zibil pulu, nə bilim nə pulu o dəqiqə yığırlar. Bəs bu zibili daşımağa niyə canları çıxır. Abdin Fərzəliyevin zibil daşıyan maşınları yoxdu? Ya başı səki, torpaq satmağa qarışıb?”.
Sakinlər bildirib ki, müraciətlərdən sonra zibil təmizlənir. Ancaq bir müddət sonra yenə eyni vəziyyət yaranır. Vaxtı-vaxtında zibil maşını gəlmir, daşınmalı olan zibillər daşınmır.
Sakinlərin sözlərinə görə, zibillərin qalaqlandığı yer yaşayış binasına və müsiqi məktəbinə yaxındır. Üfunət iyindən nə mənzillərdə, nə də məktəbdə əyləşmək mümkün deyil(.Tribunainfo.az)
 

Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930