ƏƏSMN-nin əməkdaşı HƏBS OLUNDU

27-05-2025, 10:12 614 dəfə baxılıb

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı həbs edilib.

Yenisirvanli.İnfo.Az xəbər verir ki,  bu barədə Şəki Ağır Cinayətlər Məhkəməsi hökm çıxarıb.

Məhkəmənin hökmü ilə nazirliyin tabeliyində “DOST” Mərkəzinin nəzarətçi köməkçisi vəzifəsində işləyən şəxs 3 il azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs olunub.

Nazirlik əməkdaşı həmkəndlisini ölümcül döyməkdə ittiham olunur. Belə ki, təqsirləndirilən şəxs Balakən rayonunun Kortala kəndindəki şadlıq sarayında keçirilən toy məclisində həddindən artıq spirtli içki qəbul edərək həmkəndlisi ilə mübahisə edib. Mübahisə zamanı o, həmkəndlisinin baş nahiyəsinə ağır xəsarətlər yetirib.

Yaralı xəstəxanaya çatdırılıb və dərhal əməliyyat olunub.

Faktla bağlı cinayət işi başlanıb və nazirlik əməkdaşı məsuliyyətə cəlb edilib. Bakupost.az


Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031