70 mindən çox azərbaycanlı ilə bağlı kritik durum – Dövlət hərəkətə keçir?

24-05-2025, 10:48 1 088 dəfə baxılıb

Azərbaycanda abortların sayı ildən-ilə artır. Son statistikalara əsasən, ötən il ölkədə 78 245 abort qeydə alınıb ki, bu da gündə orta hesabla 217 abort deməkdir. Bu rəqəmlər yalnız rəsmi qeydiyyata düşən halları əhatə edir. Qeyri-rəsmi, yəni statistikaya daxil olmayan abortların da mövcudluğunu nəzərə alsaq, vəziyyətin nə qədər ciddi və narahatedici olduğu daha aydın görünür.

Abortların sayı niyə artır? Bu vəziyyətdən necə xilas olmaq olar?

Yenisirvanli.İnfo.Az xəbər verir ki, Globalinfo.az-a danışan cərrah mama-ginekoloq Aytəkin Allahverdiyeva deyib ki, qadınların çoxu kontraseptiv adlanan üsullardan məlumatsızdır:

“Müasir dövrdə uşaqlıq daxili vasitələr, mini həblər və boruların sterilizasiyası, yəni bağlanması və ya götürülməsi kimi üsullardan istifadə edərək abortların sayını azaltmaq mümkündür. Təəssüf ki, əksəriyyət bundan xəbərsizdir. Bəzi hallarda tibbi abort vacibdir. Hamiləlik davam etdiyi təqdirdə ananın səhhətinə ciddi ziyan dəyərsə, yaxud dölün inkişafında hər hansı problemlər olarsa, o zaman hamiləliyi sonlandırmaq məcburiyyətində qalırıq. Sosial göstəriş əsasında icra olunan abortlar da var. Hamiləlik zamanı uşağın atası rəhmətə getdikdə, boşanma qeydə alındıqda, əlillik və ya imkansızlıq olduğu təqdirdə dölün abort olunmasını məsləhət görürük”.

Mütəxəssis bildirib ki, qadınlar əsasən farmakoloji aborta üstünlük verirlər:

“Yəni həkimin təyin etdiyi dərmanı artıq bilir və növbəti dəfə özbaşına hamiləliyi eyni üsulla sonlandırır. Ola bilər ki, kimdəsə fəsad yaranmasın, lakin başqa birində güclü qanaxma yaranır, ana ölümcül hala düşür. Ən dəhşətlisi odur ki, qadınlar ultrasəs müayinəsindən keçməmiş aborta cəhd göstərirlər. Nəticədə uşaqlıqdan kənar hamiləlik yaranır və ana ağır, huşsuz vəziyyətdə həkimə çatdırılır, təcili əməliyyata alınır. Abort qadın orqanizmində sonsuzluğa, qan azlığına gətirib çıxarır, iltihabi, xroniki, onkoloji xəstəliklərə səbəb olur”.

Həkim əlavə edib ki, bu istiqamətdə aparılan maarifləndirmə tədbirləri kifayət deyil:

“Buna dövlət səviyyəsində yenidən baxılmalı və sistemli şəkildə mütəmadi olaraq icra olunmalıdır. Hətta arzulanmaz hamiləlikdən qorunma üsulları barədə orta məktəbin yuxarı siniflərində təbliğat işləri aparılmalıdır. Əks halda, abortların sayı artacaq”.


Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031