Tanışlarına qarşı dələduzluq edən “Sukanal” İdarəsinin vəzifəli şəxsi ilə bağlı qərar verildi

13-05-2025, 10:03 210 dəfə baxılıb

 

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Nizam Bayramovun (ad, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

  Yenisirvanli.İnfo.Az xəbər verir ki, sonuncu keçirilən prosesdə qərar elan olunub.

 Qərara əsasən, şikayət təmin edilməyib.

 İttihama görə, Nizam Bayramov Bakı “Sukanal” İdarəsində su anbarlarının istismarı sahəsində sahə rəisi vəzifəsində işləyib. O, tanışları olan zərərçəkmişlərdən ikisinə yeni tikili binalarda ipoteka yolu ilə tam təmirli evlərin alqı-satqısı ilə məşğul olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan vəd verib. Təqsirləndirilən şəxs bu yolla həmin şəxslərdəndən 84 200 manat pulu dələduzluq yolu ilə ələ keçirib.

 

Bundan başqa, Nizam Bayramov "Bakı Sukanal" İdarəsinin "Saray" və "Masazır" su anbarlarının istismarı sahəsində sahə rəisi vəzifəsində işləyərkən tanışı olan digər zərərçəkmiş şəxsə işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan vədlər verib. O, həmin şəxsin özünü və qızını işə düzəldilməsində köməklik göstərməsinə söz verib və yolla ondan 7 000 manat pulu dələduzluq yolu ilə ələ keçirib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il müddətə azadlıqdan məhrum edilib.Pravda.az


Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031