"UNEC"in rektoru Ədalət Muradov biznesizi belə idarə edir?

10-05-2025, 14:34 698 dəfə baxılıb

 

Azərbaycan Dövlət İqtisad Universitetinin yeməkxanasında divara kart nömrəsi yapışdırılaraq tələbələrdən “kartdan-karta” ödəniş alınması faktı, qanunvericiliyə zidd bir haldır.

Yenisirvanli.İnfo.Az Patrulaz.az istinadən xəbər verir ki, ölkədə sahibkarlığın əsas tədris mərkəzi hesab olunan bu universitetdə belə kölgə ödəniş sisteminin tətbiqi ictimaiyyət üçün ciddi suallar doğurur. Vergidən yayınmanın açıq nümunəsi olan bu üsul nə nəzarətə tabedir, nə də şəffaflıq prinsiplərinə cavab verir. Rəsmi POS-terminalın əvəzinə kart nömrəsinin divara yapışdırılması, həm də tələbənin hüquqlarının pozulmasıdır.

media-screenshot_20250510_030458_com_instagram_android_instagrammainactivity

Əgər bu gün sahibkarlıq dəyərləri öyrədilən yerdə belə qanunsuzluq varsa, sabah həmin tələbələrdən dürüst biznes gözləmək nə dərəcədə realdır? Dövlət İqtisad Universiteti cəmiyyətə şəffaflıq, qanuna hörmət və etik dəyərlər öyrətməli olduğu halda, qeyri-rəsmi pulla dövriyyə aparması ziddiyyət yaradır.

Universitet rəhbərliyi bu halı dərhal araşdırmalı, qanuni ödəniş sistemini tətbiq etməlidir. Əks halda, bu vəziyyət həm ali təhsil nüfuzuna, həm də sahibkarlıq mədəniyyətinə zərbədir.

Nəzarətsiz və hesabat verilməyən pul dövriyyəsi yalnız yeməkxana deyil, universitetin bütövlükdə idarəetmə sistemində problem olduğunu göstərir. Gənclərin formalaşmasında rol oynayan bu cür strukturlar qanunu pozaraq yox, ona əməl edərək nümunə olmalıdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031