Kanalizasiya suları içində itib-batan Sulutəpə... - Vətəndaşların HARAY SƏSİ-VİDEO

7-05-2025, 12:38 187 dəfə baxılıb

Binəqədi rayonunun Sulutəpə qəsəbəsində illərdir davam edən kanalizasiya problemi sakinləri ciddi narahat edir.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, onlar bu barəd Bakupost.Az–a müraciətlərində bildiriblər.

Sakinlərin sözlərinə görə, xüsusilə yağışlı günlərdə vəziyyət dözülməz hal alır, yol və həyətlər keçilməz olur, hətta evlərin zirzəmisi və içinə su dolur.

Aşağı Sulutəpə, Xocalı küçəsi sakini İslam Yusifov deyir ki, sakinlər tullantı sularının axıdılması üçün öz hesablarına kanalizasiya xətti çəkiblər. Lakin bu primitiv sistem yağış sularını ötürmək üçün yetərli deyil:

“Kustar üsulla çəkilən kanalizasiya yağış sularının axıdılmasına kifayət etmir. Əraziyə baxan yoxdu. Hər dəfə eyni problemlə qarşılaşırıq. Bilmirik kimə şikayət edək ki, bu məsələ həll olunsun. Burda xeyli insan yaşayır, hamısının həyətində eyni mənzərədir”.

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti ilə əlaqə saxladıq. Qurumdan Bakupost.az -a bildirdilər ki, ərazidəki problemdən xəbərdardılar:

“Qeyd olunan ünvanda mövcud tullantı su xətləri əhali tərəfindən primitiv üsulla çəkilib, ərazidə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mərkəzləşmiş tullantı su şəbəkəsi mövcud deyil. Təchizat sistemi olmayan ərazilərdə ADSEA-nın sifarişi ilə təchizatın qurulması üçün müvafiq layihə sənədləri hazırlanıb. Layihələrin icrası təchizat sisteminin mövcudluğu, texniki vəziyyəti və digər amillər nəzərə alınmaqla həyata keçirilir. Şəbəkələrin inşası agentliyin tədbirlər planına uyğun olaraq mərhələlərlə aparılır”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031